Salyanda yol qəzası — xəsarət alanlar var (FOTO)

HADİSƏ 20 sen 2020, 15:58

Salyanda xəsarətlə nəticələnən yol qəzası baş verib.


“Report”un məlumatına görə, hadisə Salyan şəhərindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.

 

Yüksək sürətlə hərəkətdə olan BMW markalı avtomobil yolun kənarında dayanan piyadanı vuraraq xəsarət yetirib. Avtomobil bundan sonra yolun kənarındakı dəmir dirəyə çırpılıb.


Hadisə zamanı BMW-nin sürücüsü də xəsarət alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top