Ermənistanda koronavirusa yoluxanların sayı artdı

DÜNYA 20 sen 2020, 15:42

Ermənistanda koronavirusa yoluxanların sayı 47 431 nəfərə çatıb.


Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 277 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.


Bundan başqa, daha 2 nəfərin ölümü qeydə alınıb.


Bugünədək Ermənistanda 930 nəfər koronavirusdan ölüb, 3606 nəfərin müalicəsi isə davam edir.


Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top