Abituriyentlər üçün sonuncu gündür

SOSİAL 20 sen 2020, 09:01

Bu gün ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi başa çatacaq.

 

Dövlət İmtahan Mərkəzindən Demokrat.az-a verilən məlumata görə, 19 sentyabr saat 10:00-a olan məlumata əsasən I ixtisas qrupu üzrə 16569, II ixtisas qrupu üzrə 11072, III ixtisas qrupu üzrə 16179, IV ixtisas qrupları üzrə isə 4077 elektron ərizə təsdiq olunub. V ixtisas qrupu üzrə isə 17914 ərizə təsdiq olunub.

 

2467 ərizə isə yadda saxlanılsa, da hələlik təsdiq edilməyib.

 

İxtisas seçimi 20 sentyabr saat 23:59-dək davam edəcək. Dövlət İmtahan Mərkəzi ali məktəblərə qəbulun nəticələrinin sentyabrın 25-dən elan olunacağını bəyan edib.

 

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi sentyabrın 10-da başlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top