Azərbaycan tütün və tütün məmulatlarının idxalını kəskin azaldıb

İQTİSADİYYAT 19 sen 2020, 21:30

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 53,8 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.


Dövlət Gömrük Komitəsindən (DGK) Demokrat.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,6 milyon ABŞ dolları və yaxud 28,7% azdır.


Hesabat dövründə tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 0,8%-ni təşkil edib.


Bu ilin ilk 8 ayı ərzində Azərbaycandan 9,4 milyon ABŞ dolları dəyərində tütün və onun sənaye əvəzediciləri ixrac edilib.


Bu isə illik müqayisədə 0,6 milyon ABŞ dolları və yaxud 6% azdır. 


Hesabat dövründə tütün və onun sənaye əvəzedicilərinin ixracı ümumi ixracın 0,1%-i qədər olub. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top