Prokurorluq Oqtay Gülalıyevin işində müsbət irəliləyişlər vəd edir

HADİSƏ 19 sen 2020, 16:05

Bu gün, sentyabrın 19-da hüquq müdafiəçisi Oqtay Gülalıyevin ailəsinin qanuni nümayəndələri: vəkil Fuad Ağayev və Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Nəsimi rayon prokuroru Həsən Xanifəyev ilə görüşüblər.


Görüş zamanı zərərçəkənin xanımı Firuzə Gülalıyevanın təkid etdiyi kimi istintaqın gedişi və cinayət işi materiallarının məhkəməyə verilməsi proseduru barədə fikir mübadiləsi aparılıb.


Prokuror əmin edib ki, gələn həftənin əvvəlində bu istiqamətdə müsbət qərarlar olacaq.


O.Gülalıyevin nümayəndələri qeyd ediblər ki, öz müraciətlərini rəsmi yazılı formada ediblər, lakin indiyədək yalnız şifahi şəkildə cavablar alıblar. Onlar cavabların qanunvericiliklə müəyyən edilmiş formada təmin edilməsinə çağırblar.


Sentyabrın 18-də M. Əliyev baş prokuror Kamran Əliyevə məktub (№489) göndərib. Məktubda o, vəkil  F.Ağayevin bütün vəsatətlərinin təmin edilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsini, habelə istintaq materiallarının gələcək baxılması üçün məhkəməyə verilməsinin sürətləndirilməsini xahiş edib.


Məktubda qeyd olunub ki, hadisədən təxminən 11 ay keçsə də O.Gülalıyevin ailəsinin və müdafiə tərəfinin çağırış və tələblərinə baxmayaraq, iş indiyədək məhkəməyə verilməyib.


2020-ci il iyulun 4-də Nəsimi rayon prokuroru Həsən Hənifəyev O.Gülalıyevin vəkili Fuad Ağayevi və M.Əliyevi qəbul edib.


Görüş zamanı onlara istintaqın gedişi və prokurorluğun son hərəkətləri barədə məlumat verilib. Əsasən istintaq orqanına – Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsinə O.Gülalıyevin nümayəndəsinin vəsatətində əksini tapan tələblərin əksəriyyətinin təmin edilməsi barədə göstəriş verilib.(turan.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top