Oğuzda heyvanların kütləvi zəhərlənməsinin qarşısı alındı — FOTO

SOSİAL 19 sen 2020, 14:21

Oğuzda heyvanların kütləvi zəhərlənməsinin qarşısı alınıb.


Demokrat.az xəbər verir ki, Oğuz rayonu Tərkeş kəndində heyvanların tələf olması ilə bağlı Aqrar Xidmətlər Agentliyinə (AXA) müraciət daxil olub. Aqrar Xidmətlər Agentliyinin nümayəndələri operativ reaksiya verərək hadisə baş verən təsərrüfatda olub, baytar mütəxəssisləri təsərrüfata baxış keçiriblər.


Ölmüş heyvanların daxili orqanlarından və möhtəviyyatından, ərazidəki ot bitkilərindən nümunələr götürələrək Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasına göndərilib. Heyvanlara ilkin baytarlıq yardımından sonra zəhərlənmənin qarşısı alınıb. Təsərrüfat sahiblərinə heyvanların saxlanılması və bəslənilməsinə dair tövsiyələr verilib.


Hazırda zəhərlənmiş heyvanların müalicəsi davam etdirilir. Təsərrüfatda vəziyyəti nəzarətdə saxlamaq üçün yerli baytar mütəxəsislər müvafiq tapşırıqlar alıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top