Lənkəranda 90 yaşlı kişini avtomobil vuraraq öldürdü — FOTO

HADİSƏ 19 sen 2020, 15:13

Lənkəran rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


“Report”un Cənub Mərkəzinin məlumatına görə, hadisə Lənkəran-Boradigah yolunun Veravul kəndi ərazisində baş verib.


Belə ki, kənd sakini, 1930-cu il təvəllüdlü Fərman Feyzi oğlu Qurbanov yolu keçərkən  "VAZ-2104" markalı avtomobil tərəfindən vurulub.


Hadisəni törədən Separadi kənd sakini, 1987-ci il təvəllüdlü Hünər Ərəstun oğlu Rzayev yaralını idarə etdiyi 42-BR-872 dövlət qeydiyyat nişanlı avtomobili ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırıb.


F.Qurbanov reanimasiya şöbəsinə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.


Faktla bağlı araşdırma aparılır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top