“Əli Həsənovun FETO ilə birbaşa əlaqələri olub” — Mehman Əliyev

GÜNDƏM 19 sen 2020, 13:29

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də bu mənada Türkiyə mətbuatında Əli Həsənovla dərc edilən məlumatları təsdiqləyib:


“Əli Həsənovun FETÖ ilə əlaqəli olması mümkündür. O, “Samanyolu” TV-nin bazasında XəzərTV-ni yaratdı və belədə faktiki birincinin bütün avadanlıq və digər mülklərini ələ keçirdi. Radioda da eyni addımı atıb. Onun yaratdığı tədris mərkəzləri də FETÖ-nün tədris bazasına bağlı idi, bu baza əsasında yaradılmışdı. Yəni bir sözlə, Əli Həsənovun FETÖ ilə sıx əlaqəsi olub. Onların keçirdiyi konfranslar, toplantıların hamısında iştirak edib. Bir sözlə, həmin şəxsin sözügedən təşkilatla əlaqələri olub. Özü də bu əlaqələr birbaşa olub. Yəni burada maddi əlaqə və maraqlar göz qabağındadır. Dövlət strukturlarının da bundan xəbərləri var”.(sfera.az)

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top