İrəvandakı rus təyyarələri havaya qalxdı — Bakı və Ankaraya qarşı HAZIRLIQ

DÜNYA 18 sen 2020, 22:00

Rusiya və Ermənistanın birgə hərbi təlimləri davam edir.

 

Demokrat.az "publika.az"a istinadən xəbər verir ki, hərbi təlimlər çərçivəsində hava qüvvələrinin birgə taktiki uçuşları həyata keçirilib.


İrəvandakı Erubuni hərbi bazasından qalxan döyüş təyyarələri şərti düşmənə zərbələr endirib.


Mi-8MTV desant-hücum və Mi-24P zərbə helikopterləri vizual kəşfiyyat aparıb və şərti rəqib zirehli texnikasını sıradan çıxarıb.


Hava qüvvələrinin birgə taktiki uçuşları Rusiya və Ermənistan ordusunun sentyabrın 5-də başlanan hərbi təlimləri çərçivəsində keçirilir. Təlimlərdə min hərbiçi və 300 texnika iştirak edir.


Tovuz döyüşlərindən sonra Rusiyanın Ermənistana hərbi dəstəyi artıb. Döyüşlərdən sonra Cənub Hərbi Dairənin genişmiqyaslı təlimlərinə başlayan Rusiyanın Ermənistana tonlarla silah daşıdığı da ortaya çıxdı. Ardınca Rusiya-Ermənistan hərbi təlimləri müxtəlif qoşun növləri üzrə dava etdirilir. Bu təlimlərin Azərbaycan-Türkiyə yaxınlaşmasından qaynaqlandığı, Rusiyanın Ermənistana dəstəyini artırmaqla regionda Bakı və Ankaraya mesaj verdiyi məlumdur.


Ermənistan Tovuz istiqamətindən müxtəlif təxribatlara cəhd edir. İşğalçı ölkənin Azərbaycana qarşı yeni hücuma əl atacağı haqda məlumatlar. Bəzi ekspertlər Rusiya-Ermənistan təlimlərinin də buna hazırlıq olduğunu iddia edirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top