"Liverpul" ulduz futbolçu ilə müqavilə bağladı

İDMAN 18 sen 2020, 21:08

2019/2020 mövsümünün sonunda Almaniya "Bavariya"sından ayrılan Tiaqo Alkantaranın İngiltərənin "Liverpul" komandasına keçidi rəsmiləşib.

 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Braziliya əsilli ispaniyalı yarımmüdafiəçi mersisaydlılarla uzunmüddəti müqavilə imzalayıb.

 

"Liverpul" sözləşmənin müddətini və detallarını açıqlamasa da, yerli mətbuat 29 yaşlı oyunçu üçün Münhen təmsilçisinə 20 milyon funt-sterlinq təzminat ödəniləcəyini yazıb. Futbolçunun illik gəliri isə 7 milyon funt-sterlinq olacaq.

 

Qeyd edək ki, Tiaqo Alkantara "Liverpul"un bu yay heyətinə qatdığı 2-ci futbolçudur. Klub daha əvvəl Kostas Tsimkası transfer edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top