SON DƏQİQƏ: Azərbaycanda daha 117 yeni yoluxma faktı qeydə alındı

SOSİAL 18 sen 2020, 15:37

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 117 yeni yoluxma faktı qeydə alınıb, 135 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demokrat.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər vəfat edib.


İndiyədək ölkədə ümumilikdə 38 894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 36 424 nəfər müalicə olunaraq sağalıb, 571 nəfər vəfat edib, aktiv xəstə sayı 1 917 olub.


Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 601, bu günə qədər isə ümumilikdə 1 035 286  test icra olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top