Vüqar Bayramovun qohumuna 3200 manat pul “atdılar”

HADİSƏ 18 sen 2020, 15:28

Xəbər verdiyimiz kimi bir müddət öncə redaksiyamıza müraciət edən Füzuli rayon Güzlək kənd sakini Rüstəmov Əliağa Cavad oğlu, müvəqqəti yaşadığı Cəlilabad rayonunda rayon sakini Abbasov Aydın Qüdrət oğlunun ona 3200 manat pul “atmasıyla” bağlı şikayətini bildirmişdi.

 
Açıqlamasında xırda ticarətlə məşğul olduğunu deyən Ə.Rüstəmov rayon sakini A.Abbasovun ondan 3200 manat məbləğində mühərrik və digər məişət əşyaları aldığını və üç ildir ki, pulu ödəməkdən imtina etdiyini bildirib. Ə.Rüstəmov deyib ki, o, deputat Vüqar Bayramovun qohumudur və indi də əlaqələri var.

 
Məsələylə bağlı əməkdaşımız V.Bayramovla əlaqə saxlayıb və millət vəkili məsələni dərhal nəzarətə götürüb. O, problemin həll edilməsi üçün əlindən gələni edəcəyini və Baş Prokurorluğa deputat sorğusu göndərəcəyini bildirib.(moderator.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top