Azərbaycanda teatrların açılması müzakirə olunur

SOSİAL 18 sen 2020, 18:09

"Teatrların fəaliyyətini ənənəvi qaydada davam etdirməsi məsələsi Nazirlər Kabineti yanında Operativ Qərargahla müzakirə olunur". 


Demokrat.az xəbər verir ki, bunu Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.


"Bu barədə qərarlar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hərtərəfli müzakirə olunandan sonra verilir. Bu müzakirələr zamanı beynəlxalq təcrübə də nəzərə alınır. Eyni zamanda ölkəmizdəki pandemiya dinamikası əsas götürülü. Bu səbəbdən hesab edirəm ki, mütəmadi olaraq Operativ Qərargahla məsləhətləşmələrimizi aparacağıq və  onun nəticəsində hər hansı qərar qəbul olunacaq. Hazırda bu məsələ müzakirə səviyyəsindədir",- A.Kərimov bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top