“Gəlir yoxdur, borc götürməli oldum” — Emin Ağalarov

ŞOU-BİZNES 18 sen 2020, 13:34

Xalq artisti Emin Ağalarov kredit götürdüyünü açıqlayıb. 


Demokrat.az xəbər verir ki, bəstəkar-müğənni bu barədə “Şok kontent” proqramında danışıb.

 

Emin pandemiya dövründə yaşadığı çətinliklərdən söz açıb. O, aparıcı Konstantin Tarasyukun “Yaxşı bilirik ki, hazırda qeyri-stabil bir dövrdəyik. Və heç kim pullarını necə, hansı valyutada saxlayacağını, hara xərcləyəcəyini, nəyə sərmayə edəcəyini bilmir”- sözlərinə belə şərh verib:

 

“Əlbəttə ki, pul varsa... Mən məsələn, bura gəlməzdən əvvəl öz layihələrim üçün növbəti krediti rəsmiləşdirdim. Çünki gəlir yoxdur və borc götürmək lazım olur”.(qafqazinfo.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top