Dağlıq Qarabağla bağlı MÜZAKİRƏ: Moskvadan ABŞ səfirliyinə zəng edildi

SİYASƏT 18 sen 2020, 10:50

Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko telefonla ABŞ-ın Rusiya Federasiyasındakı səfiri Con Sallivinla danışıqlar aparıb.


Demokrat.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.


Məlumatda qeyd olunur ki, telefon danışığı zamanı əsas diqqət Belarusda baş verən son hadisələr, həmçinin Dağlıq-Qarabağ münaqişəsinin nizamlanması ətrafında vəziyyətə ayrılıb.


"Rusiya tərəfindən ölkədaxili proseslərə istənilən müdaxilə, vəziyyəti gərginləşdirmə və birtərəfli qaydada vasitəçilik xidmətlərinin kənardan sırınması cəhdlərinin yolverilməz olduğunu bildirilib", - deyə Rusiya XİN-in yaydığı məlumatda bildirilir.(anews.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top