Pənah Hüseynlə partiya sədri arasında gərginlik: “Kəs səsini, lotusan?” — VİDEO

GÜNDƏM 18 sen 2020, 10:18

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov arasındakı debatda gərginlik yaşanıb.

 
Demokrat.az-ın xəbərinə görə, debatın mövzusu 1993-cü il hadisələri olub.


Bu zaman A.Səmədovun arqumentləri P.Hüseyni özündən çıxarıb. AXP sədri A.Səmədova “Siz Heydər Əliyevi müdafiə edəcək qabiliyyətə malik deyilsiniz, özünüzü oda atmayın!” deməsindən sonra vəziyyət gərginləşib. Azərbaycan Naminə Alyans Partiyasının sədri P.Hüseynə “Həddinizi aşırsınız... Kəs...Sən özünü necə aparırsan, lotusan? Nə tərbiyəsiz adamsan...” cavabını verib. P.Hüseyn də gülərək “Hə, mən lotuyam” deyib.


Qeyd: Gərginlik verilişin 54-55-ci dəqiqələrində baş verib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top