“Sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə olmalıdır” fikrini Jalə Əliyeva deyil, Jalə Əhmədova deyib

GÜNDƏM 18 sen 2020, 10:15

“Hesab edirəm ki, sosial şəbəkələrə giriş şəxsiyyət vəsiqəsi ilə olmalıdır”.

 
Demokrat.az
xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sentyabrın 17-də keçirilən iclasında deputat Jalə Əhmədova deyib.
 

Deputat media işçilərinə müraciə edib: “Bir məlumatı yayan zaman onun doğruluğunu yoxlayın. Məlumat və şou xətrinə nələrisə yaymaq olmaz. Bu məsələləri peşəkar media işçilərimizə aid etmirəm. Hesab edirəm ki, qeyri-peşəkar mətbuat işçilərinə nəzarət mexanizmi olmalıdır. Özüm də bu kimi informasiyalara məruz qalıram. Pisləmək çox asandır. Amma qurmaq, yaratmaq peşəkarlıq tələb edir”.

 
Qeyd: Sosial şəbəkələrdə bu fikri deputat Jalə Əliyevanın səsləndirdiyi iddia edilirdi. Amma o, açıqlama yayaraq bunu təkzib edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top