Xaçmazda kürəkən qayınana və qayınatasını güllələdi

KRİMİNAL 18 sen 2020, 09:53

Xaçmaz rayonununda qətl hadisəsi baş verib.


"Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayonun Ləcət kənd sakini, 1974-cü il təvəllüdlü Rəhman Osman oğlu Osmanov ov tüfəngilə qaynanası və qaynatasına atəş açıb.


1963-cü il təvəllüdlü Sona Aslan qızı Yunusova hadisə  yerində ölüb, Beykəs Mirzəcan oğlu Yunusov isə Xudat şəhər xəstəxanasının təcili tibbi  yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir.


Faktla bağlı araşdırma aparılır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top