Oğuz sakinini ilan sancdı

HADİSƏ 18 sen 2020, 11:26

Oğuzda 53 yaşlı kişini yaşadığı evin həyətində ilan sancıb.

 

Demokrat.az xəbər verir ki, 1967-ci il təvəllüdlü Oğuz rayonunun Söyüdlü kənd sakini Arif Məhəmməd oğlu Abdiyev ilan sancması xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.


Müayinə zamanı məlum olub ki, A.Abdiyev yaşadığı evin həyətyanı sahəsində təsərrüfat işləri aparan zaman qəfildən ilan onun sağ əlindən sancıb. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən A.Abdiyevə lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top