Partiyalar Tofiq Yaqubluya görə PA-ya müraciət etdi — "Müsavat"la AXCP qoşulmadı

GÜNDƏM 17 sen 2020, 23:34

Partiya sədrləri "Müsavat" fəalı Tofiq Yaqublunun azadlığa buraxılması ilə bağlı Azərbaycan Respublikası Prezident Adminstrasiyasına müraciət ünvanlayıblar.


Demokrat.az "dominant.az"a istinadən xəbər verir ki, müraciəti Azərbaycan Ədalət Partiyası - İlyas İsmayılov, Azərbaycan Demokratiya və Rifah Hərəkatı - Ellada Məmmədli, Azərbaycan Xalq Partiyası - Pənah Hüseyn, Azərbaycan Yüksəliş Partiyası - Anar Əsədli, Haqq və Ədalət Partiyası - Əli İnsanov, Klassik Xalq Cəbhəsi Partiyası - Mirmahmud Mirəlioğlu, Milliyyətçi Demokratlar Partiyası - İlyas Abdullayev, Ümid Partiyası - İqbal Ağazadə, Vahid Azərbaycan Milli Birlik Partiyası - Hacıbaba Əzimov, Vətəndaş və İnkişaf Partiyası - Əli Əliyev və politoloq Hikmət Hacızadə imzalayıb.


Ellada Məmmədlinin bildirdiyinə görə, sözügedən müraciətin müzakirəsində Müsavat Partiyası iştirak edib, amma sənədə imza atmayıb. Azərbaycan Xalq Cəbhəsi Partiyası və Real Partiayası isə dəvət alsalar da, müzakirələrdə iştirak etməyib.


Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.


İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir.


Hökmdən apelyasiya şikayəti sentyabrın 7-də Nizami Rayon Məhkəməsinə təqdim edilib. Məhkəmədən bildirilib ki, şikayətin sabah - sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsinə göndəriləcək.


T.Yaqublu artıq 16 gündür aclıq etdiyini açıqlayıb. O, sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb.

 

No description available.

No description available.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top