Bəzi alış-verişlərə görə ƏDV-ni niyə geri almaq olmur? — VİDEO

SOSİAL 17 sen 2020, 23:08

Bu il may ayından etibarən vətəndaşlar müəyyən xidmətlərdən istifadə və ya alış-veriş zamanı ödədikləriədv-nin bir hissəsini geri qaytara bilmək şansı əldə etdilər. Hazırda isə əksər yerlərdə bu xidmətdən yararlana bilmirlər. Səbəbi aidiyyatı qurum ilə araşdırmışıq.


Vətəndaşlar bəzi obyektlərin xidmətlərindən yararlanan zaman ƏDV-nin bir hissəsini geri qaytara bilsələr də, əksər yerlərdə bu mümkünsüzdür.


Dövlət vergi xidmətinin şöbə müdiri Məmməd Quliyev deyir ki, hansısa bir obyektdə ƏDV-nin bir hissəsi vətəndaşa geri qaytarılmırsa, demək ki, sahibkar sadələşdirilmiş vergi ödəyicisidir.


Məmməd Quliyevin sözlərinə görə, vətəndaş xidməti şəxsinsadələşdirilmiş , və ya ƏDV ödəyicisi olduğunu ona təqdim edilən çek əsasında müəyyən edə bilər.


Qeyd edək ki, köhnə nəsil kassa aparatlarından istifadə də ƏDV-nin bir hissəsinin geri qaytarılmasına imkan vermir. Məmməd Quliyev bildirdi ki, 2021-ci il 1 aprel tarixinədək Bakı, Sumqayıt və Gəncə şəhərlərində,2022-ci ilin sonuna kimi Respublika üzrə bütün obyektlər yeni nəsil kassa aparatları ilə təmin olunacaqdır.


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top