"Neftçi" "Qalatasaray"a uduzaraq Avropa Liqası ilə vidalaşdı

İDMAN 17 sen 2020, 21:52

"Neftçi" UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qalatasaray"a uduzaraq turnirlə vidalaşıb.


Demokrat.az-ın xəbərinə görə, Bakı Olimpiya Stadionunda baş tutan və bir mərhələdən ibarət oyun Azərbaycan təmsilçisinin 1:3 hesabı ilə məğlubiyyəti ilə yekunlaşıb.

 

İlk hissədə Embaye Dian "Cim Bom"u hesabda önə çıxarıb. Digər qollar növbəti hissədə vurulub. 46-cı dəqiqədə Mamadu Embodj hesaba tarazlıq gətirib. Lakin cəmi bir dəqiqə sonra Luyindama qonaqların ikinci topunun müəllifi olub. Dublu ilə yadda qalan seneqallı hücumçu Dian qarşılaşmada son nöqtəni qoyub (1:3).


Beləliklə, "Neftçi"nin "Qalatasaray"a 1:3 məğlubiyyətdən sonra "ağ-qaralar" UEFA Avropa Liqasında mübarizəsini dayandırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top