Avropa Parlamenti Lukaşenkonun prezidentliyini tanımadı

DÜNYA 17 sen 2020, 19:05

Avropa Parlamenti Aleksandr Lukaşenkonu Belarus Prezidenti kimi tanımadığı və ona qarşı sanksiya tətbiq olunmasını dəstəklədiyinə dair qətnamə qəbul edib.

 
Demokrat.az xəbər verir ki, Belarus ilə bağlı qətnamə Avropa Parlamentinin 532 (75%) üzvü tərəfindən dəstəklənib.
 

Sənədin mətnində bildirilib ki, Avropa Parlamenti Belarusda keçirilən prezident seçkilərinin nəticələrini tanımaqdan imtina edir və Aleksandr Lukaşenkonu legitim prezident hesab etmir. Avropa Parlamenti üzvlərinin bu mövqeyi seçkilərin “beynəlxalq səviyyədə tanınmış bütün normaların kobud şəkildə pozulması” fonunda keçirilməsilə əsaslandırıb.

 
Bununla yanaşı avropalı deputatlar Belarus müxalifətinin Koordinasiya Şurasını Belarus xalqının təmsilçisi kimi tanıdıqlarını bildirib.

 
Avropa Parlamentinin qərarları tövsiyə xarakterlidir və Aİ qurumları tərəfindən belə icra olunması məcburi deyil. /Modern.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top