Baş Prokurordan yeni TƏYİNAT

HADİSƏ 17 sen 2020, 18:39

Mingəçevir və Sumqayıt şəhərlərinin sabiq prokuroru Dağlar Zeynalova vəzifə verilib.


Bu barədə Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Dağlar Zeynalovun prokurorluq orqanlarında səmərəli fəaliyyəti, peşəkarlığı nəzərə alınıb və Baş Prokurorun əmri ilə Baş Prokurorun xüsusi məsələlər üzrə köməkçisi təyin edilib.


Faktı Oxu.Az-a Baş Prokurorluğun mətbuat xidmətindən təsdiq ediblər.


Bu barədə ilk məlumatı BakıPost xəbər portalı yayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top