Müasir dövrdə köhnə qanun — ŞƏRH

TƏHLİL 17 sen 2020, 16:47

Azərbaycanda kütləvi informasiya vasitələri ilə bağlı mənzərədə hüquqi boşluqlar mövcuddur. Bu boşluqlar isə sui-istifadə hallarına yol açır,  bir özü, bir də kompüteri olan şəxs sayt yaradır və həmin saytı dezinformasiyalar poliqonuna çevirir.

 

Problemin qarşısının alınması üçün ilk növbədə “Kütləvi informasiya vasitələri haqqında” qanununa müasir dövrün çağırışlarına və tələblərinə cavab verən düzəlişlərin edilməsi zəruridir.


1999-cu ildə qəbul olunan həmin qanun artıq köhnəlib, sosial şəbəkələrin, internet-medianın inkişaf etdiyi hazırkı dövrdə qanun KİV-lərin səmərəli fəaliyyətini tənzimləmək iqtidarında deyil.


Birincisi, qanunda müasir dövrün trendinə çevrilən onlayn medianın statusu müəyyənləşməyib.


İkincisi, qanunda dünya informasiya məkanında əsas söz sahibi olan sosial şəbəkələrin fəaliyyətinə dair bir dənə də müddəa yoxdur.


Sosial şəbəkələr KİV hesab edilmir, amma onun dəqiq statusunun müəyyənləşdirilməsi vacibdir.


Bir sözlə, hazırda internet medianı və sosial şəbəkələri də əhatə edən yeni qanunların qəbul edilməsi zərurəti yaranıb. 


Üstəlik, nəzərə almaq lazımdır ki, həmin qanun jurnalistlərin sosial müdafiəsi, onların hüquqlarının qorunmasını əhatə etmir.


Hazırda internet medianı və sosial şəbəkələri də əhatə edən yeni qanunların qəbul edilməsi zərurəti yaranıb. 


İnternet medianın KİV kimi hüquqi statusu olmadığına görə, ona dövlət tərəfindən maliyyə yardımı ayrılması məsələsi də açıq qalır. Bir çox qəzetlərə, dövlət televiziyasına dövlətdən maliyyə dəstəyi göstərilir, çünki onların hüquqi statusu bəllidir. İnternet media isə bu siyahıdan kənarda qalır.


Ekspertlər hesab edirlər ki, qanunda domen adları ilə bağlı da müvafiq maddələrin olması vacibdir.


Qanunda fotojurnalistikaya dair tələblər də yoxdur, halbuki fotojurnalistika dünyada əhəmiyyətli peşəyə çevrilib.


Bir sözlə, qeyd edilən məqamlar media və informasiya məkanının tənzimlənməsi məsələsini aktuallaşdırır və bu sahədə qanunvericiliyin yenidən işlənməsini zəruri edir.(oxu.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top