Ərdoğan: “Türkiyənin təhdidə boyun əyməyəcəyini anlayıblar”

DÜNYA 17 sen 2020, 17:15

“Şərqi Aralıq dənizində legitim haqlarımızı sonunadək müdafiə edəcəyik. Həmsöhbətlərimiz təhdid dilinin işə yaramadığını, Türkiyənin şantaja, təhdidə və quldurluğa boyun əyməyəcəyini anlayıblar”.


Demokrat.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.


“Diplomatiya masasının ön plana çıxarılması qətiyyətimizin nəticəsidir. Qarşı tərəfin uşaqtək davranışlarına baxmayaraq, biz həmişə böyük ölkə olmanın anlayışı ilə hərəkət edirik. Bundan sonra da lazım olan ciddiliyi göstərməyə davam edəcəyik”, - dövlət başçısı əlavə edib.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top