"Qarabağ" Avropa Liqasında bu klublardan biri ilə qarşılaşacaq — RƏQİBLƏR

İDMAN 17 sen 2020, 11:37

Çempionlar Liqasının III təsnifat mərhələsində penaltilər seriyasında “Molde” klubuna uduzan “Qarabağ” Avropa Liqasında yoluna davam edəcək.


Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi bu turnirin pley-off mərhələsində mübarizə aparacaq. Avropa Liqasında II təsnifat mərhələsinin oyunları başa çatmadığı üçün "Qarabağ"ın potensial rəqibləri ilə vəziyyət qarışıqdır. Lakin ÇL-in III təsnifat mərhələsində mübarizəni dayandıran bütün komandalar kimi “Qarabağ” da səpələnmişlər səbətində yer alacaq. Bu gün baş tutacaq oyunlardan sonra təmsilçimizin potensial rəqibləri tam məlum olacaq. 


Ermənistanın "Arrarat" klubu iki ölkə arasındakı münaqişəyə görə püşkdə Azərbaycan təmsilçisi ilə düşə bilməz. Belə ki, hazırda “Qarabağ”ın 29 potensial rəqibi var.


“Qarabağ” klubunun pley-offdakı potensial rəqibləri aşağıdakı kimidir:


“Ludoqorets” (Bolqarıstan)


“Tirana” (Albaniya)


“Riqa” (Latviya)/”Tre Fiore” (San-Marino) – “Seltik” (Şotlandiya)


“Sarayevo” (Bosniya və Herseqovina) – “Astana” (Qazaxıstan)/”Buduçnost” (Monteneqro)


“Legiya” (Polşa) – “Sileks” (Şimali Makedoniya)/”Drita” (Kosovo)


“Şerif” (Moldova) – “İnter” (Andorra)/”Dandolk” (İrlandiya)


“Yurqorden” (İsveç)/”Europa” (Cəbəllütariq) – ÇFR (Rumıniya)


KuPS (Finlandiya)/”Slovan” (Slovakiya) – “Suduva” (Litva)


“Klaksvik” (Farer adaları) – “Konnahs Kuey” (Uels)/”Dinamo” (Tblisi Gürcüstan)


“Linfild” (Şimali İrlandiya)/”Floriana” (Malta) – “Flora” (Ettoniya)/”Reyktavik” (İslandiya)


“Ararat” (Ermənistan)/”Fola” (Lüksemburq) – “Çelye” (Sloveniya)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top