Ermənistanda koronavirusa yoluxanların sayı 46 671-ə yüksəldi

DÜNYA 17 sen 2020, 13:34

Ermənistanda daha 295 nəfərdə koronavirus aşkarlanıb.


Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.


Bununla da Ermənistanda virusa yoluxanların sayı 46 671-ə yüksəlib.


Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 925-ə çatıb. İndiyədək 42 231 nəfər infeksiyadan sağalıb.


Hazırda Ermənistanda 3 232 aktiv koronavirus xəstəsi var.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top