Bakının 5 rayonu birləşdirilə bilər

SOSİAL 17 sentyabr 2020, 08:30

Bakının Səbail, Nəsimi, Yasamal, Nərimanov və Xətai rayonunun mərkəzi hissəsi birləşdirərək, yeni mərkəzi rayon formalaşdırmaq mümkündür.


Bunu millət vəkili Nəsib Məhəməliyev deyib. O bildirib ki, Bakı şəhərinin inzibati ərazisinə aid olan bəzi rayonların birləşdirilməsi ilə bağlı əvvəllər də cəmiyyətdə müxtəlif fikirlər müzakirə predmeti olub:


“Ən real təşəbbüslərdən biri cənab Prezident tərəfindən səsləndirimiş Bakının mərkəzi rayonunun yaradılmasıdır. Düşünürəm ki, bu şəhərin tarixi hissəsinin qorunması, tikinti-bərpa işlərinin aparılması, nəqliyyat-ekoloji problemlərin həlli, turizmin inkişafı baxımından əhəmiyyətli olardı.


Bələdiyyələrin səlahiyyətlərinin artırılmasına gəldikdə isə burada müəyyən yerli spesifik xüsusiyyətləri saxlamaqla, dünya praktikasından istifadə etmək olar. Bundan başqa, kommunal-təsərrüfat xarakterli məsələlərin bələdiyyələrə həvalə olunmasını məqsədə uyğun hesab edirəm”.

 
Qeyd edək ki, deputat Nəsib Məhəməliyev 2000-2006-cı illərdə Balakən rayonunun, 2006-2015-ci illərdə isə Nəsimi rayonunun icra başçısı vəzifəsində çalışıb.(axar.az)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top