Türk ordusu 102 il sonra yenə Azərbaycanın yanındadır

SİYASƏT 15 sen 2020, 14:21

102 il öncə Bakının azad edilməsində iştirak edən türk ordusu 102 il sonra yenə Azərbaycanın yanındadır. 

 

15 sentyabr tarixi hər il qeyd olunur, amma bu il Tovuz hadisələrindən sonra regionda dəyişən siyasi mənzərə fonunda bir başqa mənası və mesajı var.

 

Prezident İlham Əliyevin Ərdoğana zəng etməsi, həmçinin, məktubunda Tovuz hadisələrində Türkiyənin dəstəyini vurğulaması da bu kontekstdə diqqət çəkir.

 

102 il öncə erməniləri üstümüzə salanların dünən gecə eyni cəhdi etməsi də diqqətdən yayınmadı: erməni hərbi birləşmələri Tovuz istiqamətində təxribat törədib, nəticədə ordumuzun giziri Renat Əliyev yaralanıb.

 

No description available.

 

Bu da Bakı-Ankara birliyinə qarşı olanların təxribatla mesaj vermək cəhdidir, amma artıq vəziyyət dəyişib. Azərbaycan və Türkiyə bütün cəbhələrdə - Qarabağda da, Şərqi Aralıqda da – vahid tərəf kimi çıxış edir. 

 

102 il öncə Bakının işğaldan azad edən Azərbaycan və Türkiyənin 102 il sonra Qarabağı da azad etməsi arzusu ilə, paytaxt günümüz mübarək olsun...

 

Asif Nərimanlı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top