Kərim efirdə Elçin Əlibəylini YIXIB-SÜRÜDÜ — VİDEO

ŞOU-BİZNES 10 okt 2018, 20:12

ARB TV-nin “Səhər-Səhər” proqramının növbəti qonağı müğənni Kərim Abbasov olub.


"Ölkə.Az" xəbər verir ki, Kərim Abbasov jurnalist Elçin Əlibəyli haqqında kəskin fikirlər səsləndirib:


“Həyatımda 3 nəfərə halallıq verməyəcəm. Biri də Elçin Əlibəylidir. Axirətdə 2 əlim onun yaxasında olacaq. Allah da mənə desə ki, ona halallıq ver, mən halallıq vermərəm. Onun yıxdığı evi heç kim yıxmayıb. O mənə elə bir tələ qurmuşdu ki, vaxt gələr öz canından çəkər. Onsuz da çəkir. Oxuyub prokuror ola bilərsən, jurnalist ola bilərsən, amma həyatda insan olmaq lazımdır. Öz reytinqinə xatir kimisə bədbəxt edə bilmərsən. Elçin Əlibəyli, sən insan kimi pis insansan. İnsanlıq məktəbi olsaydı 1-ci onu göndərərdim. Mən hələ ki, susuram. Öz verilişində mənə qarşı elə bir oyun qurmuşdu ki, məni çırpdı yerə. Mən Elçinə görə 1 il İstanbulda yaşadım. Elçin, mən sağ qalsam, sən ölsən, molla deyəndəki haqqını halal edin, deyəcəm ki, haram xoşu olsun”.

 

 

 

 

 

 

 

 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top