“Yüksəliş” müsabiqəsinin imtahanındakı qida zəhərlənməsi ilə bağlı araşdırma aparılır

HADİSƏ 13 sen 2020, 22:15

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə sentyabrın 12-də “Yüksəliş” müsabiqəsinin növbəti mərhələsində qida qəbulundan sonra texniki heyət, İşçi qrupunun üzvləri və müsabiqə iştirakçıları arasında bəzi şəxslərin səhhətinin pisləşməsi ilə bağlı məlumat daxil olub.


Demokrat.az APA-ya istinadən xəbər verir ki, hadisənin araşdırılması məqsədilə dərhal Agentliyin mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və istehlak edilən qida məhsullarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarına təqdim olunub.


Araşdırmaların nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top