İsmayıllıda üçotaqlı ev yandı

HADİSƏ 13 sen 2020, 16:02

İsmayıllı rayonunda birmərtəbəli kürsülü ev yanıb.


Fövqəladə Hallar Nazirliyinin saytından bildirilib ki, İsmayıllı rayonunun Qubaxəlilli kəndində ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli kürsülü üçotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.


Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top