"Tofiq Yaqublu məsələsini çox uzatdıq" — Azər Həsrət

SİYASƏT 13 sen 2020, 13:51

"Tofiq Yaqublu məsələsini çox uzatdıq deyəsən".


Demokrat.az-ın xəbərinə görə, bunu tanınmış jurnalist, media eksperti Azər Həsrət deyib.


"Məncə, artıq onu açıb buraxmaq, məsələni də qapatmaq lazımdır. Törətdiyi əməl də xüsusi təhlükəli deyil və belə əməllərə görə heç adamı tutmurlar da. Bu arada xatırladım ki, bir vaxtlar İlqar Məmmədov məsələsi də belə uzanırdı və şəxsən mən onun həbsdə saxlanmasının zərərli olduğunu dəfələrlə demişəm. Lakin eşidənmi vardı? Bəs sonra nə oldu? Sonra dövlətimiz onun haqqını tanıdı və hətta təzminat da ödədi. Arada biz pis olduq. Ona görə də Tofiq Yaqublunu buraxmaq lazımdır. Demədi deməyin, sonra gec olacaq" - A.Həsrət qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top