Ərəb şeyxindən ayrılan azərbaycanlı idmançı ağlayaraq yardım istədi — VİDEO

HADİSƏ 13 sen 2020, 10:04

Azərbaycanın tanınmış sabiq bədii gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı çıxılmaz vəziyyətdə qalıb. "Qafqazinfo" xəbər verir ki, o, bu barədə instaqram hesabında paylaşım edərək yardım istəyib.


Zeynəb Dubay kralının ailəsindən olan Şeyx Səid Əl Məktumdan ayrıldıqdan sonra onun adamları tərəfindən təqib edildiyini bildirib. Bu barədə artıq məşhur "Daily Mail" nəşri də məlumat yayıb.


Zeynəb sözügedən görüntülərdə ağlayaraq iddia edib ki, təqib edən şəxslər onun övladlarını oğurlamağa çalışır.


 

Zeynəb Cavadlı isə 1991-ci ildə Bakıda anadan olub, əslən Naxçıvanlıdır. O, 1999-2012-ci illərdə Azərbaycan bədii gimnastika yığmasının tərkibində çıxış edib. Lakin 2012-ci ildə aldığı zədə üzündən idmançı fəaliyyətini yekunlaşdıraraq, məşqçi karyerasına başlayıb. Bir zamanlar Türkiyənin “İstanbul Genclik Spor Kulübü”, “Anabilim Jimnastik Kulübü” ilə çalışıb, 2013-cü ildən etibarən isə özünün gimnastika üzrə məktəbini açmışdı.

 

Xatırladaq ki, Şeyx ikinci arvadı Əliyeva Natalya Müslüm qızı da əslən azərbaycanlı olub. Şeyx onunla Minskdə keçirilən yarışlar zamanı restoranlardan birində tanış olub. Bir zamanlar ofisiant kimi çalışan Natalya şeyxlə evlilikdən sonra adın dəyişərək Ayşə edib və İslam dinini qəbul edib. Səidin üçüncü arvadı isə Zeynəbdir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top