ABŞ-ın BMT-dəki nümayəndəsi istefa verdi

DÜNYA 10 okt 2018, 10:30

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley istefa verib.


“Ölkə.Az” xəbər verir ki, ABŞ prezidenti Donald Tramp istefa ərizəsini təsdiqləyib. Nikki bu ilin sonunda BMT-dəki işindən ayrılacaq. Haleyin istefa qərarı Ağ Evdə keçirilən mətbuat konfransında elan edilib.


Tramp qeyd edib ki, Nikki istefa vermək istəyini 6 ay əvvəldən deyib: 


“Bu ilin sonunda işini tərk edəcək. Haley ABŞ-ın BMT nümayəndəsi kimi işini çox əla icra edib. Ümid edirəm ki, yenidən geri qayıdacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top