Abşeronda üç avtomobil toqquşdu — xəsarət alan var

HADİSƏ 13 sen 2020, 08:30

Abşeronda zəncirvari yol-nəqliyyatı hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

 

Demokrat.az xəbər verir ki, hadisə Qobu qəsəbəsində baş verib.

 

Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü qəfil əyləcdən istifadə edib. “VAZ 21015” markalı avtomobil ona çırpılıb. Evakuator xidmətinə məxsus nəqliyyat vasitəsi isə “VAZ 21015”ə çırpılıb. Nəticədə “VAZ 21015”də olan bir nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.


Abşeron Rayon Polis İdarəsində hadisənin təfərrüatları araşdırılır. (APA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top