Tofiq Yaqublu xəstəxanaya yerləşdirildi — YENİLƏNİB

GÜNDƏM 12 sen 2020, 22:36

Həbsdə olan müsavatçı Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib.


Demokrat.az xəbər verir ki, "City Hospital"da müalicə olunacaq.


Qeyd edək ki, T.Yaqublu artıq 11 gündür aclıq etdiyini açıqlayıb.


Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.


İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.


O, ittihamları qəbul etmədiyini bildirir.


Hökmdən apellyasiya şikayəti verilib. ("Report")


21:04

Həbsdə olan müsavatçı Tofiq Yaqublu xəstəxanaya yerləşdirilir.


"Report" xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi "Facebook"da məlumat yayıb.


"Tofiq Yaqublu indilərdə "City Hospital"a gətirilir", - deyə o bildirib.


Qeyd edək ki, T.Yaqublu artıq 11 gündür aclıq etdiyini açıqlayıb.


Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.


İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.


O, ittihamları qəbul etmədiyini bildirir.


Hökmdən apelyasiya şikayəti verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top