Azərbaycan əsirliyində olan Narek Sardaryanın həyat yoldaşı Paşinyana müraciət etdi

SİYASƏT 12 sen 2020, 16:06

Azərbaycana əsir düşən Narek Sardaryanın həyat yoldaşı Zəngəzur mahalının (indiki Syunik) Xndzoresk kəndində Ermənistanın Baş naziri Nikol Paşinyana müraciət edib.


KONKRET.az xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.


“Mən Narek Sardaryanın həyat yoldaşıyam, hansı məlumatların olduğunu soruşmaq istərdim. Narek haqqında heç bir məlumatım yoxdur” deyib.

 

 

Buna cavab olaraq Nikol Paşinyan çox şey deyə bilmədiyini söyləyib:


“Təəssüf ki, o, dostlarının yanına getməyib, düşmənin əlindədir. Nə edə biləcəyimizi başa düşməliyik”.


Öz növbəsində, Ermənistan Müdafiə naziri David Tonoyan deyib: “Yolda danışacağıq, mən burada olacağam”.


“Ermənistan Milli Təhlükəsizlik Xidmətinin verdiyi məlumata görə, bu il iyulun 8-də Syunik vilayətinin Nerkin Xndzoresk kəndində mal-qara otaran 1990-cı il təvəllüdlü Narek Sardaryan Naxçıvan Muxtar Vilayətinə bitişik Gorayk kəndinin inzibati ərazisindəki otlaq yerində itib. Gedən mal-qaranı axtararkən onun Naxçıvan ərazisinə keçdiyi təsbit edilib” deyə erməni mediası yazır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top