Deputat: "Bu platforma mühüm bir mərhələnin uğurlu başlanğıcı olacaq"

SİYASƏT 11 sen 2020, 19:26

“Azərbaycan və Türkiyə arasında yaradılan media platforma hər iki qardaş dövlətin tarixi uğuru kimi qiymətləndirilməlidir. Düşünürəm ki, bu platforma türk xalqlarının informasiya siyasətində yeni, mühüm bir mərhələnin uğurlu başlanğıcı olacaq”. 


Bu sözləri “AzPolitika.info”-ya açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.


Millət vəkilinin sözlərinə görə, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyəəlaqələri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söylədiyi kimi "Bir millət, iki dövlət" prinsipinəəsaslanır və inkişaf edir. 


“Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğmalaşdırıb, sevincli, kədərli günlərdə biri digərinin yanında olmasını şərtləndirib” - deyə o vurğulayıb.


S. Qurbanov xüsusi ilə qeyd edib ki, dövlət başçılarının səmimi dostluq münasibətləri, bütün sahələr üzrəəməkdaşlığın genişləndirilməsini, daha da dərinləşməsini şərtləndirən əsas amillərdən biridir: “Azərbaycan və Türkiyə arasında əlaqələrin sürətli inkişafı, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına, eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsinə mühüm töhfələr verir və vacib rol oynayır. Ümid edirəm ki, yaxın vaxtlarda bu platformaya qoşulan digər türkdilli ölkələrin də adlarını eşidəcəyik”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top