Efirdə Nura ilə Oksana arasında gərgin anlar - VİDEO

ŞOU-BİZNES 09 okt 2018, 20:02

Müğənni Nura Suri ilə rəqqasə Oksana Rəsulova arasındakı qalmaqal daha da böyüyüb. 

 

 

Axşam.az-ın məlumatına görə, Oksana "Hər şey daxil" verilişinə qonaq olub. Həmin zaman Nuranın rəqqasə ilə bağlı yazdığı status təqdim edilib. Oksana onun hamiləlik xəbərini yayan müğənninin Nura olduğunu demədiyini bildirib. 

Efirə zəng edən Suri isə rəqqasəyə sərt reaksiya verib. Nura ilk olaraq efirdə adının çəkilməsinə etirazını bildirib. Daha sonra isə yazdığı statusda Oksananın adını çəkmədiyini bildirib. O, həmin sözləri rəqqasəyə ünvanladığını danıb:

"Məndən nə istəyirsiz? Kim harda nə yazıb mən nə bilim?". 

Oksana isə "X maqazin"də dediyi "Bir müğənni işlədiyi jurnalistə deyib, o da mənim hamiləlik xəbərimi yayıb" sözlərində Nuranın adını çəkmədiyini söyləyib:

"Soğan yeməmisən için niyə göynəyir? Niyə özünə götürürsən sözü? Get, maqazinə bax, sonra danış". 

Veriliş zamanı sənətçilər arasında gərgin anlar yaşanıb. 

 

 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top