Regional idarəetmə: “kökündən yanlış yanaşmadır”, yoxsa zamanın tələbi

GÜNDƏM 10 sen 2020, 11:10

MM üzvü Nəsib Məhəməliyev Gəncə rayonlarının ləğvi ilə bağlı maraqlı açıqlama ilə çıxış edib. Bələdiyyələrə də geniş səlahiyyət verilməsinin tərəfdarı olan millət vəkili açıqlamasının daha sonra qeyd edir ki, “respublika ərazisinin iqtisadi rayonlara bölünməsi və rayonların ləğv olunması barədə müəyyən fikirlər səsləndirilir. Hesab edirəm ki, bu, kökündən yanlış yanaşmadır. Bununla ancaq, qismən büdcə vəsaitlərinə, konkret olaraq əmək haqqı fonduna qənaət etmək olar. Amma idarəetmə baxımdan heç bir effekti ola bilməz. 


Belə bir praktika 1962-63- cü illərdə, keçmiş SSRİ-də Nikita Xruşşov tərəfindən sınaqdan keçirilmiş, lakin cəmi il yarımdan sonra ləğv olunmuşdur. Təkrar edirəm. İndiki texniki imkanlarla idarəetmə baxımından heç bir problem yoxdur. Ölkə başçısı tərəfindən son dövrlərdə təyin olunan korrupsiyadan və bir çox neqativlərdən uzaq gənc kadrlar əhali tərəfindən müsbət qiymətləndirilir. Proses davam etdirilməli, ictimai nüfuzu müsbət peşəkarlar vəzifələrə təyin olunmalıdırlar. Ümumiyyətlə isə, istənilən islahat iqtisadi qanunlara əsaslanmalıdır. Cəmiyyətdə iki qüvvə mövcuddur. Məhsuldar və qeyri-məhsuldar. Dövlət o halda zəngin olur ki, məhsuldar qüvvələrin sayı, qeyri-məhsuldar qüvvələrin sayını üstələyir. Sadə dillə ifadə etsək, iqtisadiyyatın real sektorunda çalışanların sayı artmalıdır. Hal-hazırda Azərbaycanda bütün rayon icra hakimiyyətlərinin ləğvi real görünmür”.


Maraqlı fikirlərdir. Ancaq mən millət vəkilinin burda səslənən bəzi fikirləriylə razılaşa bilmərəm. Odur ki, qısa şəkildə olsa da münasibət bildirmək istərdim.


Əvvəlcə onu deyim ki, Nəsib Məhəməliyev təcrübəli, bacarıqlı, işgüzar və əxlaqlı bir insan kimi fəaliyyətinə dəyər verdiyim insanlardandır. Heç bir tanışlığım yoxdur, icra başçısı olanda hər hansı xahiş etməmişəm, MM üzvü kimi də yalnız sosial media üzərindən bir neçə dəfə acıqlama almışam. Amma Nəsimi RİH-də çalışdığı dövrdə rayon üçün bir sıra ciddi layihələrin icra etdiyini bu rayonun sakini olaraq şahidiyəm. Amma...


Millət vəkli deyir ki, respublika ərazisinin iqtisadi rayonlara bölünməsi və rayonların ləğv olunması barədə müəyyən fikirlər səsləndirilir. Hesab edirəm ki, bu, kökündən yanlış yanaşmadır.


Deməliyəm ki, bizim də tərəfdar olduğumuz və ictimai müzakirəyə çıxarılan əsas təklifdə rayonların deyil, RİH-lərin ləğv edilməsi irəli sürülür. Bu isə o deməkdir ki, rayonlar inzibati ərazi vahidi olaraq qalır, sadəcə idarəetmədə dəyişiklik edilir. Belə məqamda millət vəkilinə sual etmək istərdim - bu gün on milyonluq əhalisi olan İstanbul, Paris və Moskva şəhərinin idarəetməsi yerliözünüidarəetməyə həvalə edilibsə və bu idarəetmənin yüksək nəticəsi varsa, biz niyə Bakı, Gəncə və Sumqayıtda belə bir idarəetməni tətbiq etməyək. Halbuki bununla bağlı Avropa Şurası qarşısında bir öhdəliyimizdə var.


Bundan başqa biz səs verdiyimiz bələdiyyəni nə vaxtadək yedəkdə saxlayacağıq. Bu gün Bərdə və Gədəbəy bələdiyyələrinin üst-üstə DSMF-yə bir milyon manatdan artıq borcu var. Tək bir Qaraməmmədli bələdiyyəsinin 42 min manat borcu varsa, burda icra başçısının siyasi rəhbər olaraq çox böyük günahı olduğunu da gəlin etiraf edək. Bəzi icra başçıları o borcun silinməsi üçün ciddi addımlar atmaq əvəzinə, hətta dotasiyanı öz istədikləri qurumlara köçürülməsini bank hesabı bağlı olan bələdiyyə sədrlərdən tələb edirlər. Ayıb deyilmi. Rayonun siyasi rəhbəri kimi borcun yaranmasında bilavasitə icra başçılarının da öz məsuliyyəti var. Yerli idarəetmə İstanbuldakı, Parisdəki, Berlindəki və Moskvadakı kimi yerli özünüidarəetməyə həvalə edilmiş olsaydı onda bu gün bələdiyyələrimzin də altı milyon manata yaxın DSMF borcu olmazdı. Və əhalinin qarşılaşdığı problemlərin həlli də sürətlənərdi. Bu gün Ağstafa, Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Yevlax, Gəncənin Kəpəz RİH başçılarının rüşvətlə həbs edilməsi bu strukturun siyasi çəkisinə ciddi zərbə vurduğunu da qeyd etməyə bilmirəm.


Hörmətli millət vəkili Gəncə rayonlarının ləğvini alqışlasa da, nədənsə Bakıdakı on iki rayon haqqında danışmır. Etiraf edək ki, Bakı rayonlarının yaxın illərdə ləğvi gözləniləndi. Çünki onlar dövlət büdcəsi üçün artıq yükdür, bir mənalı olaraq.


Millət vəklinin ötən əsrin altmışıncı illərində birləşdirmə məsələsinə gəlincə, deməliyəm ki, həmin illərdə rayonlar ləğv edilərək qonşu rayona birləşdirilimişdi. Yəni rayon inzibati əraizi vahidi kimi ləğv edilmşdi. Biz isə inzbati ərazi vahidlərin ləğvini yox, məhz inzibati rayon olaraq idarətemənin təkmilləşdirlməsini və Rİh-lərin ləğvini, bununla yanaşı regional idarəetməni təklif etməklə rayon səviyəsindəki idarəetmənin bələdiyyələrə həvalə edilməsini təklif edirik.


Millət vəklinin “hazırda Azərbaycanda bütün rayon icra hakimiyyətlərinin ləğvi real görünmür” fikriylə tam şəkildə razı olsam da deməliyəm ki, idarəetmədə ölkə başçısının siyasi iradəsiylə yeniliyə doğru addımlar atılır və atılmaqdadır. Daha bir yenlik isə dövlətin öz üzərinə düşən məsuliyyət yükünün öz vətəndaşı ilə paylaşmasıdır. Bununla da həm öz yükünü yüngülləşdirir, həm də vətəndaşın məsuliyyətini artırmış olur. Bütün inkişaf etmiş sivil ölkələr məhz bu cür idarəetmə ilə birgə yaşayır.


Biz idarəetmənin təkmilləşdirilməsi istiqamətində ölkə başçısının yeniliklərə imza atacağına inanırıq.


Vüqar Tofiqli


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top