"Nə qədər ki, o, azadlıqdadır və milyardları əlindən alınmayıb, ölkədə sabitlik olmayacaq"

GÜNDƏM 08 sen 2020, 15:33

“Azərbaycan dövlətinin imicinə zərbə vuran insanların heç biri azadlıqda qalmamalıdır...”


“Ramiz Mehdiyev xaricdəki blogerlərin hamısını maliyyələşdirib söyüş kampaniyasının başında duran adamdır. Ona görə də xaricdəki blogerlərin axtarışa verilməsi qərar düzgün qərardır”


Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədri R.Mehdiyevin ətrafında olan adamların da cəzalandırılmasının vacibliyini vurğulayıb:


“Bu gün ən birinci Ramiz Mehdiyev özü həbs edilməlidir. Məsəl var deyir ki, “ilana zəhər verən kərtənkələ olub”. Deməli, həmişə bunları R.Mehdiyev qızışdırıb. Bütün bunlar mən neçə ildir mətbuata açıqlamamda deyirəm. R.Mehdiyev xaricdəki blogerlərin hamısını maliyyələşdirib söyüş kampaniyasının başında duran adamdır. Ona görə də xaricdəki blogerlərin axtarışa verilməsi qərarı düzgün qərardır. Azərbaycan dövlətinin imicinə zərbə vuran insanların heç biri azadlıqda qalmamalıdır. Bu gün R.Mehdiyevin azadlıqda qalması Azərbaycan xalqı üçün təhqirdir. Bunlar birləşib günü-gündən vəziyyəti gərginləşdirirlər. 


Kürəkəni İ.Əliyevin həbsdən çıxan kimi media nümayəndələrini hədələməsi və başqa şeylərə eyham vurmasının şahidi oldunuz. R.Mehdiyev son xəyanət dolu dörd məqaləsiylə Azərbaycan xalqına od püskürdü. Bunun da əlaltıları o qədər çoxdur ki, hakimiyyətdə və parlamentdə olanların səksən faizi R.Mehdiyevin adamlarıdır. Birinci başdan başlamaq lazımdır, R.Mehdiyevin milyonları üzə çıxıb və niyə bunlar onun əlindən alınmadı? Arvadının adına neçə min hektar torpaq sahəsi var, niyə əlindən alınmamalıdır? Yəni burdan başamaq lazımdır. 


Abel Məhərrəmov haqda bizdə ciddi məlumatlar var və o qərbi azərbaycanlılar arasında ciddi iş aparıb insanlara deyir ki, R.Mehdiyevlə bizim komandamız hakimiyyətə gələcək. Bunların hamısı bir komandadır və Azərbaycan dövlətinə xəyanət etməyə imza atan insanların əlləri kəsilməlidir. Düşünürəm ki, bu gün nə qədər ki, R.Mehdiyev azadlıqdadır və milyardları əlindən alınmayıb, ölkədə heç vaxt sabitlik olmayacaq. R.Mehdiyevin adamlarının hamısı cəzalandırılmalıdır”. 


Xatırladaq ki, Orduxan Bəbirov, Qurban Məmmədov və Tural Sadıqlı beynəlxalq axtarışa verilib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top