Bakıda 50 yaşlı qadın pəncərəni silərkən yıxılıb öldü

HADİSƏ 07 sen 2020, 21:41

Bakının Binəqədi rayonunda 50 yaşlı qadın bədbəxt hadisənin qurbanı olub.


Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.


Sentyabrın 5-də, 6-cı mikrorayon ərazisində 1970-ci il təvəllüdlü Gülarə Əhmədova fərdi evin ikinci mərtəbəsinin pəncərəsindən yıxılıb. Sentyabrın 7-də qadın aldığı xəsarətlər nəticəsində xəstəxanada ölüb.


İlkin məlumata görə, G.Əhmədova pəncərəni silərkən yıxılıb.


Faktla bağlı rayon prokurorluğu araşdırma aparır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top