Sabiq deputatdan Ramiz Mehdiyevin kürəkəninə cavab: “Aydan-arı, sudan-durusansa...”

GÜNDƏM 07 sen 2020, 12:00

Sabiq deputat Etibar Hüseynov Azərbaycan Milli Elmlər Akdemiyasının prezidenti Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin fikirlərinə münasibət bildirib.

 

Demokrat.az-ın xəbərinə görə, E.Hüseynov qeyd edib ki, müğənni Aysel Teymurzadə toyla bağlı ortaya fakt qoyub.

 

“Kürəkən deyir ki: Aysel bizi sabotaj eləyir, ay nə bilim Abel elə deməyib, belə deyib. Ay, yoldaş! O kişinin qızı ortaya video-fakt qoyub; faktı isə sözlə təkzib eləmirlər. Etmək istəyirsənsə, bu qədər aydan-arı, sudan-durusansa yayımla toyun geniş videosunu. Bitsin məsələ. Vallah, adam bunlara baxanda matı-mutu quruyur. Hələ o akademik adı daşıyanıma bax; Adam o boyda Elmlər Akademiyasına prezidentlik edir, amma yazılarında dünya alimlərindən, filosoflarından sitat gətirmək əvəzinə hansısa saxta hədislərdən ixtibas gətirir.. Yenə Quran ayəsi desəydi, adamı yandırmazdı...”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top