Deputat: “Suyu qaynatmaq üçün onu qızdırmaq lazımdır”

GÜNDƏM 07 sen 2020, 11:43

“Bizim toplumda yanlış qavranılan anlayışlardan biri də "prinsip" anlayışıdır. "Prinsipə getmək" söz birləşməsi bunu aydın göstərir. Çoxları bu anlayışı inadkarlıqla qarışıq salır. Məni çox zaman qəliz yazmaqda suçlayırlar, odur ki, burada sadə bir örnək verim. Suyu qaynatmaq üçün, onu qızdırmaq lazımdır. Bu, prinsipdir, hər yerdə keçərlidir, ona əməl etməsək, suyu qaynada bilməyəcəyik. Su nə zaman qaynayacaq? Hansı temperaturda? Bu, artıq prinsipial deyil, çünki şəraitdən (suyun tərkibindən, atmosfer təzyiqindən və s.) asılıdır. Şəraiti nəzərə almadan prinsipə əməl etmək cəhdinin adı prinsipiallıq deyil, inadkarlıqdır. ReAl prinsiplərinə sadiqdir, amma dəyişən şəraiti də nəzərə alır”.

 
Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, ReAl Partiyanın funksioneri Erkin Qədirli deyib.

 

E.Qədirli qeyd edib ki, ReAl-ın davranışında görünən dəyişiklik prinsipiallıqdan qırağa çıxmaq anlamına gəlməməlidir: “Amerikan hüquqşünası və siyasətçisi Adlai Stevensonun yaxşı bir sözü var - prinsiplər uğrunda savaşmaq, onlara uyğun yaşamaqdan daha asandır. ReAl prinsiplər uğrunda savaşmır, ReAl prinsiplərə uyğun yaşayır. Bunu da yazım. ReAl-ın özünü batırdığını düşünənlər var. Bir halda ki, belə məcazlarla düşünürlər, ReAl-ın bir dənizaltı (submarine) olduğunu düşünsünlər. Dənizaltının özünü batırmaq bacarığı ona bir sıra üstünlük qazandırır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top