SON DƏQİQƏ: Azərbaycanda güclü yanğın başladı

HADİSƏ 07 sen 2020, 09:24

Qubanın ucqar Muçu kəndində yanğın hadisəsi baş verib.


"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Qubanın ən ucqar və rayon mərkəzindən 80 kilometr məsafədə yerləşən kənddə ot tayaları yanır.

 
Hadisə kənd sakini Yarqulu Gülməhəmməd oğlu Şahverdiyevə məxsus yaşayış evinin həyətində baş verib. Yanğın barədə Quba Yanğından Mühafizə Xidmətinə məlumat verilib, hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə göndərilib. 


Yerli sakinlər yanğını qonşuların köməkliyi ilə söndürməyə cəhd edirlər. Havanın küləkli olması alovun güclənməsinə şərait yaradır. 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top