Ramiz Mehdiyevin kürəkəni yenə meydan oxuyur — 15 sutkalıq həbs dərs olmadı...

GÜNDƏM 06 sen 2020, 13:23

Xəbər verdiyimiz ki, bu gün Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev və onun qudası Rövşən Mustafayev azadlığa buraxılıb. 


Qudalara Abşeron Rayon Məhkəməsi tərəfindən 15 sutkalıq inzibati həbs cəzası verilmişdi. Azadlığa buraxıldıqdan sonra kürəkən Əliyevin jurnalistlərə verdiyi açıqlamasında o, özünü "lotu" kimi aparır. Buradan belə qənaətə gəlmək olur ki, Ramiz Mehdiyevin kürəkəninə verilmiş 15 sutkalıq həbs cəzası ona ibrət dərsi olmayıb. Əksinə, sabiq deputat təkəbbürlə, xüsusi davranış qaydaları ilə dövlətə meydan oxumağa çalışır. Əlini-qolunu yanına sallayıb "lotu-potu" danışıq tərzi ilə seçilir.  Xüsusən, jurnalistlərə verdiyim intervüsündə kobudluğu ilə yadda qalır. 


Digər maraqlı məqam kürəkən yerə-göyə sığmayan danışığından sonra bir anda "duyğusallığa" qapılır, gözləri dolur və çox keçmədən özünün əsl simasını açaraq, yenidən ona xas kobud davranışına, jurnalistlərə qarşı qeyri-etik hərəkətlərə yol verərək onları hədələyir. Özünə yaraşan jarqona üstünlük verən sabiq deputat media mənsublarına yuxarıdan aşağı baxır və onları aşağılayır.

 

Xatırladaq ki, Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni olan sabiq deputat İlham Əliyev karantin qaydalarını pozaraq, qızına toy etməsi barədə yayılan xəbərlərdən sonra ilk dəfə Demokrat.az-a danışmışdı. 


Onun dediklərini olduğu kimi təqdim edirik: "Mənim kefim yaxşıdır, elə edin ki, kefimiz yaxşı qalsın. Bu barədə heçdə danışmayaq, başını buraxın getsin. Hər şey qaydasındadır. Heç kimə cavab vermək istəmirik. Sağ olun!".


Qeyd: bir azdan saytımız vasitəsilə sabiq deputatın həmin səsyazısını yayacağıq.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top