Bakıda qonşuların davası qanla bitdi — YENİLƏNİB

HADİSƏ 06 sen 2020, 10:50

Bakının Sabunçu rayonunda qonşular arasında baş vermiş dava zamanı daha bir nəfər bıçaq xəsarəti alıb.


APA xəbər verir ki, paytaxt sakini Elvin Əhmədovla yanaşı, onun qohumu - 1962-ci il təvəllüdlü Əhmədov Seyran Həmid oğlu da bıçaqlanıb.


Yaralılar xəstəxanaya yerləşdirilib.


10:02

 

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.


APA xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində qeydə alınıb.


1965-ci il təvəllüdlü Əhmədov Elvin Seyran oğlu qonşusu ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.


Yaralı paytaxtdakı özəl klinikaların birinə yerləşdirilib.


Faktı Sabunçu Rayon Polis İdarəsi araşdırır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top