Kamran Əliyev: “Rayonlara yalnız taksi ilə gedib-gəlmək mümkündür”

GÜNDƏM 05 sen 2020, 23:00

“Rayonlara gediş-gəliş yalnız fərdi nəqliyyat vasitələri ilə , eləcə də taksi xidmətindən istifadə etməklə mümkündür”.

 

Demokrat.az-ın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) şöbə rəisi, polkovnik Kamran Əliyev deyib.
 

K.Əliyev qeyd edib ki, el arasında “mikroavtobus” adlandırılan, əslində isə 7-8 nəfərlik minik avtomobili olanlar da rayonlara gedib-gələ bilərlər: 


“Əlbəttə ki, onlar taksi xidməti göstərirlər. Taksi sürücüləri tibbi-metodiki tövsiyələrə uyğun fəaliyyət göstərməlidirlər. Sürücü ilə sərnişin arasında şəffaf arakəsmə mütləq olmalı, sərnişinlərin sayı 2-dən artıq olmamaqla arxa oturacaqdan istifadə edə bilərlər. Avtobusların fəaliyyəti isə şəhər və rayon daxilidir”.
 

Onun sözlərinə görə, sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu ərazilərdə postların fəaliyyətinə ehtiyac qalmır: 


“Vəziyyətdən asılı olaraq qərar qəbul olunarsa, postlar yenidən qurula bilər...”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top